Leonardo da Vinçiyə aid avtoqraf tapıldı
Lent.az.ın “lepoint.fr” saytına istinadla xəbərinə görə, əlyazmanı kitabxanadan reportaj hazırlamaq istəyən jurnalist və bir tarixçi aşkar edib. 15-ci əsrdə italyan dilində sağdan sola tərtib edilmiş bu əlyazmanı yalnız güzgü vasitəsi ilə oxumaq mümkündür.
19-cu əsrin yerli kolleksiyaçılarından biri vəfat etdikdən sonra onun 5000 sənəddən ibarət kolleksiyası kitabxanaya təhvil verilib. Da Vinçiyə aid bu avtoqraf da kolleksiyanın içində olub. Eyni kolleksiyadan 2008-ci ildə Motsartın özünün tərtib etdiyi orijinal musiqi notları tapılmışdı.
Dünənki tapıntıdan sonra tədqiqatçıların diqqəti Nant şəhər kitabxanasına yönəlib. Nadir tapıntı isə araşdırma üçün tədqiqatçıların ixtiyarına verilib. Kitabxanada digər maraqlı sənədlərin olması da istisna edilmir.
“Cokonda” rəsminin müəllifi kimi məşhurlaşan Leonardo da Vinçi (1452-1519) həm də vertolyotun ideya müəllifi hesab edilir.
Vüqar

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00