“Mərdəkan” Xalq Teatrının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib -
Lent.az-ın məlumatına görə, teatr işçilərini təbrik etmək üçün ilk öncə səhnəyə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev dəvət olunub.
O, vaxtilə “Mərdəkan” Xalq Teatrında çalışdığını bildirib və bu teatrda zəhməti, əməyi keçən hər kəsi təbrik edib. Daha sonra Ə. Əliyev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubunu oxuyub.
Sonra tamaşaçılara əməkdar incəsənət xadimi, dramaturq Rəhman Əlizadənin “Maymaq” tamaşası təqdim olunub. Tamaşanın rejissor assistenti Elgün Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur.
Tədbirdə tanınmış teatrşünaslar, rejissorlar, aktyorlar və sənət adamları iştirak ediblər. Teatrsevərlərə 1920-ci ildə yaradılmış teatrın bu günədək qazandığı nailiyyətlərini, yaranma tarixini və yaradıcılıq işlərini əks etdirən kitab bağışlanıb.
Qeyd edək ki, dünya ədəbiyyatı və Azərbaycan dramaturgiyasının nümunələrini öz səhnəsində canlandıran “Mərdəkan” Xalq Teatrı ümumrespublika, eləcə də xarici festival və müsabiqələrdə uğurla çıxış edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə “Mərdəkan” Xalq Teatrının 90 illik yubiley gecəsinin qeyd olunması qərara alınıb.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11