“…dünən, bu gün, sabah…”
Lent.az-ın məlumatına görə, sərgidə müəllifin müxtəlif üslublarda hazırlanmış 25 işi, o cümlədən 2009-cu ildə Azərbaycan ekspoziyasının bir hissəsi kimi, məşhur Venesiya biennalesində nümayiş etdirilən multimediya instalyasiyası “I TRUST”, “Narkotiklərə yox” mövzusundakı heykəltəraşlıq kompozisiyaları təqdim olunacaqdır. Başqa işləri ilə bərabər heykəltəraş tamaşaçılara iştirak etməyi və “Arzular ağacı” adlı interaktiv işində “arzu tutmağı” təklif edəcək.
Teymur Rüstəmovun işləri təkcə vətəndə deyil, həm də xaricdə - Rusiya, Gürcüstan, Polşa, Almaniya və eləcə də İtaliyada – 53-cü Venesiya biennalesində nümayiş etdirilib.
Teymur Rüstəmov Azərbaycanın populyar müasir rəssamlarından biri, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teymur Rüstəmov əsasən heykəltəraş kimi tanınır. Lakin o, yalnız heykəltəraşlıqla məşğul olmur. Onun işləri arasında videoart da, dekorativ kompozisiyalar da, instalyasiyalar da vardır.
Teymur Rüstəmov Azərbaycanın tanınmış rəssamları olan Rüstəmovlar xanədanının üzvüdür. O, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovla birlikdə Bakıda monumental heykəltəraşlıqla bağlı bir sıra layihələrin həyata keçirilməsində iştirak edib. Bunlar Xocalı faciəsinə həsr edilmiş abidə, Ukrayna dairəsi yaxınlığındakı H. Əliyev parkında Heydər Əliyevin abidəsi və digər layihələrdir.
Lalə Yusifqızı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11