Dmitri Medvedyev həmyerlimizi mükafatlandırdı
Lent.az-ın məlumatına görə, bu medalla təltif olunanlar siyahısında həmyerlimizin də adı var.
Rusiya prezidentinin 4 noyabr tarixli 1340 saylı “Dövlət mükafatı ilə təltif olunması haqqında” fərmanı ilə Moskva şəhər Dövlət mədəniyyət müəssisəsi “Jar ptisa” Moskva kukla teatrının quruluşçu rejissoru Mərdan Feyzullayev II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalıyla təltif olunub. Mənəvi tutumuna görə, medal Rusiya Federasiyası prezidentinin fəaliyyət proqramına böyük töhfə verən və çoxillik ədalətli işinə görə yüksək qiymətləndirilən şəxslərə təqdim olunur.
M.Feyzullayevə əməkdar artist fəxri adından da üstün olan bu mükafata Rusiya mədəniyyətinə verdiyi əmək və xidmətləri müqabilində layiq görülüb.
Onu da qeyd edək ki, Mərdan Feyzullayev həm də Moskvada paytaxtında fəaliyyət göstərən “Dərviş” teatrının yaradıcısı və baş rejissorudur. M.F.Axundovun “Sərgüzəşti vəziri xani Lənkəran” və Elçinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla nümayiş etdirilib.
Tünzalə Vəliqızı, Moskva

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27