“Bestseller” Azərbaycanda nəşr olunacaq
Lent.az-ın məlumatına görə, bu layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Əli və Nino” Nəşriyyat Evi tərəfindən həyata keçirilir.
Xaled Höseynin 2003-cü ildə nəşr olunan “The Kiterunner” adlı ilk əsəri dünyada 12 milyondan çox satılmışdır. “The Kiterunner” uşaq vaxtı başına gələn dəhşətli hadisəni unutmağa və atası ilə dil tapmağa çalışan gənc oğlan Əmirin tarixçəsidir. Romandakı hadisələr monarxiyanın çökməsindən bəhs edir və Taliban hərəkatının dağılmasına qədər Əfqanıstanda, sonra isə Kaliforniyada baş verir.
Kitabın başqa bir mövzusu Əfqanıstanda olan etnik qruplar - xəzərlər və puştunlar arasındakı fikir ayrılıqları, eləcə də Əmirin və onun atasının emiqrant həyatından bəhs edir. 2005-ci ildə roman ABŞ-da bestsellerlər arasında 3-cü yeri tutub. 2007-ci ildə kitab əsasında eyniadlı film çəkilib. “Xaled Höseyni bizə öz xalqının uzun müddət şər qüvvələrlə mübarizəsinin canlı və iztirablı həyatını nəql edir” - bunu “The New York Times” qəzeti yazıb.
Qeyd edək ki, ABŞ səfirliyi son illərdə müxtəlif kitabların tərcüməsinə sponsorluq edib. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib: “Bizim məqsədimiz Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yardım etməkdir. İnanıram ki, bədii tərcümələr bu işdə böyük rol oynayır”.
“Əli və Nino” Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli deyib ki, bu kitab uzun müddət “Əli və Nino” kitab dükanları şəbəkəsində bestsellerdir: “Mən çox sevinirəm ki, Azərbaycan oxucusunun bu möhtəşəm romanı ana dilində oxumaq imkanı yaranacaq”.
Kitab 2011-ci ilin aprel ayında nəşr ediləcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55