Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin foto sərgisi açıldı –
Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən universitetin prorektoru Rafiq Sadıqov sərgidə müxtəlif mövzuları əhatə edən 50-dən artıq fotonun nümayiş etdirildiyini deyib.
O bildirib ki, universitetdə kinorejissor, televiziya rejissoru, xüsusi ilə kinooperator rejissorluğu üzrə təhsil alan tələbələr bilavasitə kino-foto işi ilə məşğul olurlar: “Artıq bir neçə dəfə beynəlxalq sərgilərdə tələbələrin fotolarının nümayişi təşkil olunub. Onların fotolarını bəzən teatrlar da bədii tərtibatları üçün istifadə edə bilirlər”.
Sərgidə müxtəlif mövzularda 12 fotosu nümayiş etdirilən Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinin II kurs tələbəsi Vaqif Rəşidov çəkilişləri bir il müddətinə apardığını qeyd edib: “Çəkilişlərdə müxtəlif məkanlardan istifadə etmişəm. Təqdim etdiyim hər fotom bir mövzuya həsr olunub və işlərimlə izləyicilərə fikrimdəkiləri çatdırmaq istəmişəm”. V.Rəşidov fotolarının ilk dəfə nümayişə çıxarıldığını diqqətə çatdırıb və bundan böyük fəxr hiss keçirdiyini ifadə edib. O, eyni zamanda bir neçə fotonun da qəhrəmanıdır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin eyni kursdan və fakültədən tələbəsi olan Vüsal Rəşidovun sərgidə 10 fotosu göstərişə çıxarılıb. Onun sözlərinə görə, sərgilənən fotolarda bütün mövzuları əhatə etməyə çalışıb: “Bu gün 10 əsərim nümayiş olunur və birinci kursdan etibarən fotoları çəkməyə başlamışam. Düşünürəm ki, hər hansı insanı çəkiriksə, həmin foto o insana həmin saniyədən yadigardır. Bu sənətə hədsiz həvəsim var və gələcəkdə uğur qazanmağım üçün daima üzərimdə çalışacağam”.
Sərgidə universitetin tələbələrindən Zaur Rəsulov, Samir Şahtaxtinski, Şahpəri Abbasova və başqalarının fotoları təqdim olunub. Nümayişin bir həftə davam edəcəyi gözlənilir.
Xəyalə

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06