İçəri Şəhərdə beynəlxalq seminar keçiriləcək
İdarədən Lent.az-a verilən məlumata görə, seminarın keçirilməsində əsas məqsəd YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş tarixi şəhərlərin bir çoxunda konservasiya ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan qaldırmaq üçün “Tarixi Şəhər Landşaftı” konsepsiyasının hazırlanması və bu yanaşmanın İçəri Şəhərə tətbiq edilməsi üçün ekspertlər arasında müzakirələrin keçirilməsidir.
Seminarda iştirak etmək üçün YUNESKO-nun Dünya İrsi Mərkəzinin əməkdaşları və müvafiq sahələr üzrə ixtisaslaşan ABŞ, Finlandiya, Niderland ,İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər Bakıya səfər edəcək. Seminarda İçəri Şəhərin konservasiyası üzrə Baş Planın müəlliflərinin, həmçinin bir neçə yerli memarın iştirakı da gözlənilir.
Seminarın nəticəsi olaraq İçəri Şəhərdə konservasiya və inkişaf layihələrinin uyğunluğu üzrə YUNESKO tərəfindən müvafiq hesabat dərc olunacaq, habelə Şəhər İnkişaf Strategiyası hazırlanacaq.
Qeyd olunan seminar İçəri Şəhərin qorunması, təbliği və inkişafına yönəlmiş tədbirlər sırasına daxildir. 2010-cu il ərzində İçəri Şəhərdə yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə xarici ekspertlərin iştirakı ilə üç seminar təşkil olunub.

Oxşar yazılar

Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07