Xalq artistimizin fransız və italyan mahnılarından ibarət albomu hazırlanıb
Müğənninin nəvəsi Emin Babayevin Lent.az-a verdiyi xəbərə görə, bu albomda onun fransız və italyan dillərində mahnıları yer alacaq: “60-cı illərdə babam Azərbaycan SSR Dövlət Televiziyası ilə bir çox ölkələrdə çıxış edib və o illərdə onun repertuarında çoxsaylı fransız və italyan mahnıları var idi. Həmin mahnıların demək olar ki, hamısının sözləri, not dəftərləri hal-hazırda bizim evdədir. Amma mahnıların özü Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır. Biz onun ailəsi olaraq, Dövlət Televiziyasının rəhbərliyinə müraciət etmişik və yaxın vaxtlarda bu mahnılar bizə təqdim olunmalıdı. Həmin mahnıları bərpa etdirəcəyik və bir albom şəklində Mirzə Babayev sevənlərin ixtiyarına verəcəyik.”
Müğənninin nəvəsi həmin mahnılarla bağlı bir neçə maraqlı faktı da qeyd edib: “60-cı illərdə babam Ağası Məşədibəyovun ansamblı ilə Minskə və Sankt-Peterburqa səfər etmişdi. Həmin səfərlər zamanı Fransanın əfsanəvi müğənniləri Jilber Beko və İv Montan onun ifasında bu mahnıları eşidərək, Mirzə Babayevi öz ölkələrinə dəvət etmişdilər. Ancaq babam Azərbaycanı sevdiyi üçün bu dəvətləri qəbul etməmişdi”.
Lalə Yusifqızı

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37