Zemfira Səfərovanın “Ölməzlik” kitabının təqdimatı oldu
Lent.az-ın məlumatına görə, tədbirdə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və başqaları iştirak edib.
Firəngiz Əlizadə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə təşkil olunan tədbirlər sırasında 3 dildə nəşr olunan bu kitabın təqdimatının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, kitabda Üzeyir Hacıbəylinin həyatı geniş şəkildə öz əksini tapıb: “Üzeyir bəy təkcə Azərbaycanın deyil, eləcə də bütün türk dünyasının dahi bəstəkarıdır. Hamıya bu kitabı oxumağı və dərindən onu dərk etməyi məsləhət görürəm”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Ü. Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə təşkil olunan silsilə tədbirlər Azərbaycan incəsənətinin yüksək səviyyədə inkişaf etməsinə işarədir: “Bu kitabın vacibliyi ondan ibarətdir ki, oradakı bütün məqalələr Azərbaycanın keçdiyi dövrləri əhatə edir. Üzeyir bəyin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr bu kitabda özünü geniş şəkildə büruzə verib. Hesab edirəm ki, kitabın 3 dildə nəşr olunması gələcəkdə digər Avropa ölkələrinin tədqiqatçıları üçün lazımi mənbə rolunu oynayacaq”.
Kitabın müəllifi Zemfira Səfərova isə vurğulayıb ki, “Ölməzlik” kitabında Üzeyir Hacıbəylinin çox şaxəli yaradıcılığının müxtəlif sahələrinə həsr olunan məqalələri toplanıb: “Bunlar Azərbaycan, rus və ingilis dillərindədir. Bu məqalələrin hamısı əvvəllər Azərbaycanın və xarici ölkələrin mətbuatında - kitablarda, dərgilərdə, qəzetlərdə çap olunub. Topluda onlar dil və mövzu üzrə qruplaşdırılıb, mənbələr göstərilib”.
Qeyd edək ki, “Ölməzlik” adlı məqalələr kitabının rəyçisi xalq artisti, professor Fərhad Bədəlbəyli, redaktoru isə Nazim İbrahimovdur.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11