“Mənim Şuşam” gənc rəssamın gözüylə -
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə fondun Avropa və MDB ölkələri üzrə rəhbəri Tural Kərimov açıb. O bildirib ki, “Mənim Şuşam” sərgisi Qarabağ Fondunun Azərbaycanda keçirdiyi ilk tədbirdir: “Fondumuzun keçirdiyi ilk tədbir məhz Qarabağla, Şuşayla bağlı olmalı idi. Bunun üçün də “Mənim Şuşam” sərgisi ən uyğun tədbir olaraq seçildi”.
T.Kərimovun sözlərinə görə, bu sərgi noyabrda Vaşinqtonda da açılacaq. Həmin ay Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim Qarabağım” sərgisi də keçiriləcək. Bunlarla yanaşı, Qarabağ Fondu martda Amerikada Azərbaycan ayının qeyd olunmasını da planlaşdırır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında 23 yaşlı Həlimə Ələsgərovanın yaradıcılığından söhbət açıb. Əslən Şuşadan olan, Bakıda dünyaya göz açan Həlimənin əsərlərində Şuşanın əlvan boyalarla əks olunduğunu söyləyib: “Bunun özü də Qarabağ mübarizəsində bir təbliğat xətti kimi qiymətləndirilə bilər. Çünki məhz incəsənət, mədəniyyət ən yaxşı təbliğat vasitəsi sayılır. Rəsm əsərlərinin isə ən böyük üstünlüyü ondadır ki, onların tərcüməyə ehtiyacı yoxdur”.
Millət vəkili Qənirə Paşayeva da çıxışında bu gənc rəssamın əsərlərini yüksək qiymətləndirib.
Qeyd edək ki, “Mənim Şuşam” sərgisində rəssamın 30-a qədər əsəri nümayiş olunub. sərgi 3 gün davam edəcək.
Xəyalə

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37