Gəncədə qədim nəşrlər haqda məlumat toplanıb
Qədim kitab, əskinas və markaların fotoşəkilləri, məlumatları Mədəniyyət və Turizm Nazirliyinə göndərilib
Bir aya yaxın müddət idi ki, Gəncədə qədim dövrlərə aid nəşrlərin toplanması başa çatıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Mərkəzi Kitabxanasının direktoru Elmira Əliyeva məlumat verib. Onun sözlərinə görə, şəhərin “Ozan” Kitabxanasından, Tarix-diyarşünaslıq Muzeyindən və mülki şəxslərdən Sovet dövrünə qədərki dövrlərə aid kitab, marka və əskinaslar barədə məlumat toplanıb, fotoşəkillər çəkilib. Qədim dövrlərə aid 101 yadigarın içərisinə Quran kitabları, müxtəlif mövzularda ədəbiyyatlar, hətta Azərbaycan Demokratik Respublikası dövründən qalan əskinas da daxildir.
Əldə edilən materiallar Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Məlumatlar və fotoşəkillər yeni yaradılacaq saytda, kitab abidələri toplusunda yer alacaq.
Vüsalə Cənnətova

1290