Yaqub Zurufçu : “Röyanın necə məşhurlaşmasını misal çəkdim” - EKSKLÜZİV
Amerikada yaşayan Azərbaycan sənətçisi Yaqub Zurufçu incəsənət aləmində yaşanan xaosdan narahatdır. Sənətçi narahatlığını eksklüziv olaraq Lent.az-a danışıb: “Əsl musiqi yaşamaq əvəzinə yavaş-yavaş yaddaşlarda həkk olunmağa başlayıb. 15 yaşında bir qız mənə yaxınlaşıb mahnı oxuyurdu, görürəm ki yaxşı səsi var. Şövkət Ələkbərovanın xırdalıqlarını edirdi. Deyir ki, mən sopranoyam, deyirəm, bizə soprano lazım deyil, sadə mahnılar oxu, təmiz oxu. Röyanın necə məşhurlaşmasını ona misal çəkdim.
Müğənni bütün dünyada baş alıb gedən bisavadlıqdan şikayətlənib: “Camaat çox bisavad olub, düzgün musiqi qarşısında acizdir. İnsanlar musiqidən kasad olduqca onlardan çox dar istifadə olunur. Dünyada bisavadlıq baş alıb gedir. Mən Təbrizdə “bağlarda əsəndə payız yelləri”ni oxuyanda siyasi mahnı kimi tanınırdı.
Sənətkar Azərbaycan müğənnilərinin az qismini dinlədiyini etiraf edib: “Demək olar ki, heç kimə qulaq asmıram. Röyanın mahnılarını bəyənirəm, balaca, şirin səsi var. Flora Kərimova, Azər Zeynalov və Aygün Kazımovaya qulaq asıram. Nadir hallarda televizoru açanda bəyəndiyim səsi izləyirəm”.
Lalə Yusifqızı

1792