Cəfər Cabbarlının 110 illiyi keçirildi
Bu gün Muzey Mərkəzində görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının 110 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilib.
Tədbirdə kinoşünas Aydın Kazımzadə danışıb. O, görkəmli sənətkarın yaradıcılığa çox erkən yaşlardan başladığını deyib: “Onun bir dramatuqt kimi kino sahəsində fəaliyyəti “Sona” (“Hacı Qara”) ədəbi ssenarisi ilə başlayır. Cəfər Cabbarlı bu ssenarini Axundovun “Hacı Qara” pyesinin motivləri əsasında qələmə alıb, ekran üçün yenidən işləyib. C. Cabbarlı “Sevil” filmi çəkilib ekranlara buraxıldıqdan sonra böyük müvəffəqiyyət qazanıb.
Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev də dramaturqun həyat və yaradıcılığından danışıb, onun milli kinematoqrafiyanın təşəkkülü və inkişafında rolunu qeyd edib.
Əminə Yusifqızı gecədə Cabbarlının şeirlərini səsləndirib. Tədbirdə həm də filmlərdən kadrlar nümayiş olunub.
Muzey Mərkəzinin foyesində Cabbarlının fotoşəkilləri də nümayiş olunub.
Lalə Yusifqızı

1911