Bəstəkarlar İttifaqı muğam festivalı ilə bağlı qalmaqala münasibət bildirdi
09 aprel 2009 13:00 (UTC +04:00)

Bəstəkarlar İttifaqı muğam festivalı ilə bağlı qalmaqala münasibət bildirdi

Bəstəkarlar İttifaqının mətbuat xidməti son günlər muğam müsabiqəsi ətrafında gəzən mübahisəli fikirlərə münasibət açıqlayıb. Təşkilatdan Lent.az-a daxil olan rəsmi məlumatda muğam müsabiqəsində qeyri-obyektiv seçim aparılması iddialarını əsassız adlandırıb: “1-ci Beynəlxalq Muğam Festivalı hamının gözü önündə baş tutub. Bəstəkarlar İttifaqı festivalın bədii quruluşunu və tərtibatını hazırlayıb. Muğam müsabiqəsi ətrafında gedən söhbətləri isə gülünc söhbət adlandırmaq düzgün olar.

Bu barədə söhbətlər Habil Əliyevin müsahibəsindən sonra başladı. Sözün açığı, Habil Əliyevdən belə bir çıxış gözləmirdik. İddianı irəli sürən də, iddiaya cavab verən də statuslu müğənnilərdir. Onlaraın şəxsi açıqlamalarına cavab vermək fikirində deyilik. Yenə də qeyd edək ki, həmin müsabiqədə Azərbaycanın xalq artistləri, görkəmli incəsənət xadimləri əyləşmişdi. Onların hər biri düzgün seçim aparmaq iqtidarındadır”.

Qeyd edək ki, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə hazırda Almaniyadadır.


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1586

Oxşar yazılar