Oqtay Kazımi: “Bayağı musiqilərin yayılmasında günahkar müğənnilərdir”
02 aprel 2009 17:00 (UTC +04:00)

Oqtay Kazımi: “Bayağı musiqilərin yayılmasında günahkar müğənnilərdir”

Bəstəkar Oqtay Kazımini son vaxtlar bayağı musiqilərin geniş yayılması narahat edir. Lent.az-ın məlumatına görə, bəstəkar narahatlığını jurnalistlərlə bölüşüb: “Son vaxtlar bayağı musiqilər geniş yer alıb. Bunun əsas günahkarı müğənnilərdir. Məşhur mahnıları, xalq mahnılarını oranjiman etdirib elə kökə salırlar ki, adam qulaq asmaq istəmir. O qədər əndrabadi ifalar nümayiş etdirirlər ki, adam bilmir bu mahnı hansı xalqa məxsusdur. Şəxsən mənim özümün də bir mahnımı – “Ayrılıq olmayaydı” mahnısını gənc müğənnilərdən biri bir neçə il bundan əvvəl yeni oranjimanda oxumuşdu. Mən o mahnının həzin mahnı kimi yazsam da, o, oranjiman etdirib ritmləşdirmişdi. İndi zəmanə bir qədər dəyişib, gənclər daha çox ritmik mahnılara üstünlük verir. Gördüm ki, bu mahnı da ritmik formada gənclər tərəfindən daha yaxşı qarşılanır. Ona görə də mən etiraz etmədim, baxmayaraq ki, bu, mənim xoşuma gəlmədi. Çünki gənclərə güzəşt etmək lazımdır. Onlar axtarışda ola-ola özlərini bu sənətdə tapmalıdılar. Gənclərin daim axtarışda olması onların inkişafı deməkdir. Həm də çox istedadlı gənclər yetişidir, onları ruhdan salmaq olmaz, əksinə hər birimiz dəstəkləməliyik”.

Bəstəkar yaradacılığında yenilik olmadığını deyib: “Yaradıcılığımda hələ ki, heç bir yenilik yoxdur. Tez-tez mahnı yazmağı sevmirəm, həm də razılaşmıram ki, bir-iki günün içində mahnı yazmaq olar. Düşünürəm ki, onda mahnının keyfiyyəti aşağı düşər. Mənim aləmimdə mahın 8-9 aya, bəlkə də bir ilə ərsəyə gəlir. Burada söhbət mövzu qıtlığından getmir, çünki mövzu çoxdur. Əsas mahnını peşəkar şəkildə təqdim etməkdir. Müğənnilərin əksəriyyəti bu gün nədənsə məhəbbət mövzularına müraciət etməyə üstünlük verirlər. Baxmayaraq ki, mənim yaradıcılığımda da hardasa məhəbbət mövzuları çox olub, lakin mən bu gün daha çox həyati mövzulara üstünlük verirəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1763

Oxşar yazılar