Naxçıvanda 4 min illik Kars çuxurları aşkarlanıb
Mart ayının son günlərində Naxçıvan MR-də, Duzdağın Cənubi-Qərb hissəsində e.ə IV-II minillikləri əhatə edən qədim tarixə malik yeni duz mədənləri, gil yataqları və ilk dəfə olaraq Kars çuxurları aşkarlanıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin Lent.az-a verdiyi məlumata görə, o, AMEA Naxçıvan bölməsinin əməkdaşı Nizami Alıyev və Naxçıvan Dövlət Universitetinin müəllimi Əlövsət Quliyev birlikdə ərazidə tədqiqat apardıqları zaman qədim duz mədənlərinə, gil yataqlarına və Naxçıvanda ilk dəfə olaraq kars çuxurlarına rast gəliblər. Alim bildirib ki, Duzdağ ərazisi qədim tarixə malik maddi-mədəniyyət nümunələrinin zənginliyi ilə də seçilir. Belə ki, ərazidən tapılan daş alətlər erkən tunc dövrünə, keramika nümunələri isə tunc dövründən orta əsrlərə qədər olan dövrü əhatə edir.
Qeyd edək NDU-nun müəllimi Ə.Quliyev ərazidə kars çuxurlarının aşkarlanmasını Naxçıvan MR-də ilk rastlantı olduğunu bildirib. N.Alıyev qeyd edib ki, kars çuxurlarının sahələri 50-500 kvadratmet arasında dəyişir. Çuxurlardan bəzilərinin dərinliyi 7 metrə qədərdir.
Xatırladaq ki, burada kəhrizə rast gəlinməsini ərazidə yaşayışın olması ilə əlaqədardır. Ə.Quliyev bildirib ki, bu kəhriz haqqında heç bir mənbədə məlumata rast gəlinmir. Bu cür kəhriz sisteminə indiyədək bölgədə rast gəlinməyib. 3 quyudan ibarət olan bu kəhriz, qədimliyinə görə tarixi əhəmiyyətə malikdir.
Onu da qeyd edək ki, 2007-2008-ci illərin avqust aylarında Azərbaycan-Fransa ekspedisiya qrupu birgə bu ərazidən xeyli qədim duz qalereyası və əmək alətləri aşkar edib.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23