Əbülfəs Qarayev: “Turistlərin sayının 10-12 faiz artması gözlənilir”
12 mart 2009 15:30 (UTC +04:00)

Əbülfəs Qarayev: “Turistlərin sayının 10-12 faiz artması gözlənilir”

Bu il mədəniyyət aləmində keçirilən beynəlxalq tədbirlər turizmə müsbət təsir göstərəcək

Bu il Azərbaycana gələn turistlərin sayının əvvəlki illərə nisbətən 10-12 faiz artması gözlənilir. Lent.az-ın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 11-də jurnalistlərə açıqlamasında bildirib: “Ötən ilin yekunlarını təqdim edəndə Azərbaycana gələn turistlərin sayının 40 faiz artdığını demişdim. Bu göstərici dünyanın heç bir ölkəsində yoxdur. Bu da Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin saynın çox olması ilə bağlıdır. Bu, çox böyük müvəffəqiyyətdir. Güman edirəm ki, bu il Bakının islam mədəniyyətinin paytaxtı elan olunması, böyük beynəlxalq tədbirlərin həyata keçirilməsi bu axını artıracaq. Bu il artım təxminən 10-12 faiz civarında olacaq. Amma hər bir halda, reallıq öz sözünü deyir”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar