Bakıda Birinci Beynəlxalq Muğam Müsabiqəsinin açılışı olub
Nazir Əbülfəs Qarayev: “Azərbaycan mədəniyyəti muğam dövrünü yaşayır”
Bu gün Abdulla Şaiq adına Uşaq Kukla Teatrında Birinci Beynəlxalq Muğam Müsabiqəsinin açılışı olub. Lent.az-ın məlumatına görə, açılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov iştirak edib.
Qeyd edək ki, Birinci Beynəlxalq Muğam Müsabiqəsi Beynəlxalq Muğam festivalına hazırlığın ilkin mərhələsidir.
Təhsil naziri Misir Mərdanov festivala hazırlıq üçün Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Təhsil Nazirliyi tərəfindən birgə işlər görüldüyünü diqqətə çatdırıb: “100-dən çox müsabiqə iştirakçının səsi dinlənilib, bu gün biz münsiflər heyəti və iştirakçılarla bərabər, müsabiqənin əsas mərhələsinin açılışını edəcəyik”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muğam sənətinin yeni dövrə qədəm basdığını qeyd edib: “Bu dövrün başlanmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyəti muğam dövrünü yaşayır. Biz böyük maraqla bu işə qoşulduq”.
Hər iki nazir Novruz bayramı ərəfəsində ölkəmizdə keçiriləcək Festivalın musiqi dünyasında əks-səda doğuracağına əminlik ifadə ediblər.
Sonra müsabiqə iştirakçıları arasında püşkatma keçirilib.
Xatırladaq ki, Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyinin sponsorluğu ilə “Muğam aləmi” adı altında baş tutacaq. Martın 17-də start götürəcək I Beynəlxalq Muğam Festivalı martın 25-dək davam edəcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23