Hüseynbala Mirələmov: “Rüstəm İbrahimbəyovu böyük yazıçı hesab eləmirəm” – MÜSAHİBƏ
Yazıçı, millət vəkili Hüseynbala Mirələmovun APA-ya müsahibəsi
- 62 yaşında özünüzü necə hiss edirsiniz?
- Adətən yaşımı soruşanda bir az darıxıram. Heç özüm də bunun səbəbini bilmirəm. Hər yaşın öz gözəlliyi var deyirlər. Ancaq cavanlıq qocalıqdan yaxşıdır.
- Yaşınızın 60-ı ötməsinə baxmayaraq, yazıçı kimi ancaq son illər tanındınız.
- 1961-ci ildə yeddinci sinifdə oxuyanda “Bir tikə çörək” adlı hekayəm çap olunub. Orta məktəbdə oxuyanda isə “Azərbaycan pioneri” qəzetində mütəmadi çap olunurdum. Yəni ədəbiyyata orta məktəbdə oxuyanda gəlmişəm. Məktəbi qızıl medalla bitirib, indiki Azərbaycan Texniki Universitetinə daxil olmuşam. Tələbə olanda “Azərbaycan pioneri” qəzetində müxtəlif vəzifələrdə işləmişəm. Gənclik illərimdə hekayə və povestlərim çap olunurdu. Ali məktəbi bitirib əsgərliyə getdim. Qayıdandan sonra ixtisasıma uyğun olaraq qaz sahəsində fəaliyyətə başladım və uzun illər ədəbiyyatla məşğul olmadım. 1989-cu ildə Dövlət Yanacaq Komitəsinin birinci müavini oldum, uzun müddət bu işdə çalışdım. Hətta bir neçə il komitə sədrini əvəz etdim. Yəni həmin illərdə mənim işlərim çox olduğuna görə ədəbiyyata vaxt tapa bilmirdim. Amma 1984-cü ildə “Tənha durna uçuşu” adlı ilk kitabım çap olundu. Xalq yazıçısı Elçin həmin kitaba ön söz yazıb.
- Bəs, necə oldu ki, uzun illərdən sonra yenidən yazmağa başladınız?
- Mən bir qədər yaşayandan sonra başa düşdüm ki, bu dünyada qalan təkcə ədəbiyyat olacaq. Bunu hiss edəndən sonra ədəbiyyata qurşandım.
- Elə o vaxtdan vəzifədən getdiniz?
- Yox, 1992-ci ildə Elçibəy hökuməti məni vəzifəmdən kənarlaşdırdı və haqqımda cinayət işi başladıldı. Onlar məni təxribatda ittiham edirdilər. Ancaq heç nə sübut edə bilmədilər. Sonra bu cinayət işinə xitam verildi. 1996-cı ildə Bakı şəhər İstehsalat Qaz İdarəsinə rəis müavini vəzifəsinə təyin olundum. Tərifləmək olmasın, çox yaxşı qaz mühəndisiyəm. İki il bu vəzifədə işləyəndən sonra 1998-ci ildə Qaz Emalı Zavoduna rəis təyin olundum. Bu vəzifədə isə 10 ilə yaxın işlədim.
- Bəs niyə işdən çıxdınız?
- 2001-ci ildə rəhbərlik etdiyim zavod səhmdar cəmiyyətə çevrildi. 2005-ci ildə isə millət vəkili seçildim. Qanun deputat ola-ola bu vəzifədə qalmağıma imkan verirdi. Mən də hər iki vəzifəni uğurla icra edirdim. İki il əvvəl Qaz Emalı Zavodu səhmdar cəmiyyət kimi ləğv edildi və yenidən Dövlət Neft Şirkətinin balansına verildi. Qanuna görə, deputat dövlət işində işləyə bilməzdi. Mənə də seçim etməyi məsləhət gördülər. Heç düşünmədən millət vəkilliyini seçdim. Bu vəzifədən istefa verəndən sonra məni Dövlət Neft Şirkətində qaz məsələləri üzrə müşavir təyin etdilər. İndi lazım olanda məsləhətlərimi verirəm.
- Camaat ədəbiyyatdan neft, qaz sahəsinə gedir, siz isə əksinə ən gəlirli sahəni atıb yazıçılığa üz tutmusunuz...
- Bu mənim vicdanımın tələbatı olub. Hər gün mütaliə edirəm. Ən azı həftədə bir dəfə kitab mağazasına gedirəm. Adi bir hekayə mənim üçün nazir vəzifəsindən qiymətlidir...
- Qaz sahəsini yaxşı bilirsiniz, yoxsa ədəbiyyatı?
- Hər ikisini eyni dərəcədə sevirəm. Bir dəfə xalq şairi Qabil mənə dedi ki, sən ədəbiyyatı yox, mühəndisliyi özünə xobbi hesab elə. Xalq şairi mənim “Gəlinlik paltarı” romanıma çox yüksək qiymət vermişdi.
- Maraqlıdır ki, bu vaxta qədər nə qaz mühəndisi, nə də ədəbiyyat xadimi kimi titullar almısınız...
- Titul sözü siz deyəndən sonra yadıma düşdü. Bu barədə heç vaxt fikirləşməmişəm. Həmişə üzərimə düşən vəzifəni vicdanla yerinə yetirmişəm.
- Siz qaz mühəndisi, yazıçı, millət vəkili olmaqla yanaşı, həm də siyasətlə məşğulsunuz. Özünüzü hansı işdə daha rahat hiss edirsiniz?
- Siz mənim işlərimdən bir neçəsini saymağı unutdunuz. Mən həm də texnika elmləri doktoru, professoram. Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiriyəm. Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvüyəm. Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədriyəm. Bu gün mənim dörd kreslom var.
- Bu qədər kresloda oturmağa haradan vaxt tapırsınız?
- Mən bu vəzifələrin dördündə də özümü yaxşı hiss edirəm. Mənəvi cəhətdən onların hər birində oturmağa haqqım var. Hər kəs mənim necə deputat olduğumu bilir. Yəni bu vəzifələrin heç birində özümü artıq hiss etmirəm.
- Özünüzü hansı ədəbi nəslə aid edirsiniz?
- Məni müəyyən müddət fasilə vermiş yazıçı kimi “60-cı”lar ədəbi nəslinə aid etmək olar. Əsil ədəbiyyatı isə nəsillərə, mərhələlərə bölmək düzgün deyil. Mən dünyanın böyük yazıçılarını oxumuşam. Onlar elə bütün nəsillərə aiddir.
- İndiyə kimi neçə kitabınız çap olunub?
- Dəqiq deyə bilmərəm. Beş-altı, romanım, povest və hekayələr kitabım çap olunub. Həm Azərbaycanda, həm də xaricdə tamaşalarım səhnələşdirilir və böyük maraqla qarşılanır. Elə dünən Gəncə Dövlət Dram Teatrından zəng edib “Həyat eşqi” povestimi səhnələşdirdiklərini dedilər. Ancaq hələlik gedib baxmağa vaxtım yoxdur.
- Deyəsən axı Cek London da “Həyat eşqi” adlı əsər yazıb...
- Mən özüm povestimə bu adı qoydum ki, oxucular Cek Londonun əsəri ilə mənim yazdığım arasında paralel aparsınlar.
- Bu paraleli özünüz necə aparırsınız?
- Öz yazdığımı heç də zəif əsər hesab eləmirəm. Mənim “Xəcalət” pyesimin yüzdən artıq anşlaq tamaşası gedib. Yaradıcılığım haqqında onlarla kitab yazılıb.
- Kimlər yazıb sizin haqqınızda?
- Mənim haqqımda akademik Bəkir Nəbiyev, professor Nizami Cəfərov, məşhur tənqidçi Vaqif Yusifli, Nizaməddin Şəmsizadə və digərləri yazıb.
- Bu adamların Sizin yaradıcılığınız haqqınızda işlətdiyi fikirləri səmimi qəbul edirsiniz?
- Mən durub Nizami Cəfərov, Bəkir Nəbiyev kimi adama necə deyə bilərəm ki, götür, mənim haqqımda kitab yaz! Onlar hamısı özləri, təmənnasız yazıblar. Necə görüblərsə, elə də yazıblar. Yəni bu onların qələmidir.
- Məsələn, Nizami Cəfərov sizin əsərlərinizi Anarın yaradıcılığı ilə müqayisə edib, Bəkir Nəbiyev isə görkəmli yazıçı olduğunuzu iddia edib. Mən bunları deyirəm...
- Mən özümü heç kəslə, o cümlədən Anar, Əkrəm Əylisli və Elçinlə müqayisə etmirəm. Buna mənim mənliyim yol vermir. Ancaq ola bilər ki, hansısa bir tənqidçi əsərəmi oxuyur və fikirləşir ki, bu əsər adını çəkdiyim və çəkmədiyim yazıçıların əsərlərindən heç də zəif deyil, bu həmin tənqidçinin şəxsi fikridir. Mən buna heç nə deyə bilmərəm. Nizami Cəfərovu mənim haqqımda yazı yazmağa necə məcbur edə bilərəm axı? Sanballı qələmi olan adamlara həmişə hörmətlə yanaşıram. Özümü heç vaxt adını çəkdiyim böyük yazıçılar qədər hesab etmirəm.
- Əsərlərinizin tirajı nə qədər olur?
- 5 və ya 3 min tirajla çap olunan əsərlərim var. Heydər Əliyevin həyatından yazdığım məşhur “JZL” seriyasından olan kitab Moskvada bir dəfə 10, bir dəfə isə 5 min tirajla çap olunub. Bu Moskvada ən yüksək tiraj deməkdir.
- Azərbaycan ədəbiyyatında kimləri oxuyursunuz?
- Anarı, Əkrəm Əylislini, Elçini, Sabir Rüstəmxanlını, İsa Hüseynovu və digər istedadlı yazıçıları oxuyuram.
- Bəs gənclərdən?
- Gənclərin də yaradıcılığı ilə rastlaşanda oxuyuram. Açığını deyim ki, gənclərdən kiminsə yaradıcılığına xüsusi simpatiya bəsləmirəm. Klassikləri oxumağa daha çox üstünlük verirəm.
- Azərbaycan ədəbiyyatında gedən prosesləri necə qiymətləndirirsiniz?
- Ədəbi proseslər xoşuma gəlmir. Gənc ədəbi nəslin nümayəndələri özləri haqda çox yüksək fikirdədirlər. Onlar hətta Allahı da bəyənmirlər. Bir dəfə Peyğəmbərə böhtan atıblar. Onlarda mənəviyyatsızlıq istedaddan çoxdur. Onlar ədəbiyyata modernizm, cürbəcür əllaməlik gətirmək istəyirlər. Bu gün müxtəlif əsrlərdə yaşamış Nizami, Füzulini, Şekspri oxuyub başa düşürsən, ancaq bu gəncləri yox. Həyatda norma olmasa, hər hansı bir hərəkət əxlaqsızlığa çevrilir. Onlarda isə heç bir norma yoxdur. Mən onların hərəkətlərini ən azı əxlaqsızlıq hesab edirəm. Əxlaqsızlıq o deyil ki, gedib küçədə nəsə eləyəsən, normadan kənara çıxmaq elə əxlaqsızlıq deməkdir. Belə şeylər olmaz.
- Sizin əsərlərinizdə də intim münasibətlər, erotik səhnələr üstünlük təşkil edir...
- Bu həyatdır də... Rəssamlar müxtəlif dövrlərdə naturadan çılpaq qadın təsvirləri yaradıblar. Bu sənət əsəridir, gözəllikdir. Mən qadının bədənindəki incəlikləri sözlə çəkirəmsə, burada heç bir pis şey yoxdur.
- Öz yaradıcılığınızın gələcəyi haqda nə düşünürsünüz? Məsələn, yüz ildən sonra Azərbaycan ədəbiyyatını araşdıranda oradan Hüseynbala Mirələmovun adı çıxacaq?
- Bunu mən deyə bilmərəm. Mən öz içimi narahat edən hadisələrə münasibətimi bildirirəm. Susa bilmərəm. Bu narahatlıqlar içimi dağıda bilər. Mənim ədəbiyyatda qalıb-qalmayacağımı qoy Nizami Cəfərov, Bəkir Nəbiyev, bir də oxucular desin. Ancaq mən öz ürəyimdəki şah əsəri hələ yazmamışam. Onu yazsam səmimi deyə bilərəm ki, oxucular uzun müddət unutmaz. Kafka “ədəbiyyata dəxli olmayan hər şeyə nifrət edirəm”-deyib. Mən isə ədəbiyyatdan söhbət gedəndə ətrafdakı hər şeyi unutduğumu deyirəm.
- Kafkadan söz düşmüşkən, dünya ədəbiyyatından ən çox kimin yaradıcılığını sevirsiniz?
- Çingiz Aytmatov, Mixayıl Dostoyevski, Lev Tolstoy, Qabriel Qarsia Markes və digər yazıçıları dönə-dönə oxuyuram
- Azərbaycanda o səviyyədə yazıçı var?
- Mən beləsini tanımıram. İstərdim ki, Azərbaycanda da dünyaca məşhur yazıçı olsun. Azərbaycanda yaxşı yazıçılar var, ancaq adını çəkdiklərimdən yoxdur.
- Bəs Rüstəm İbrahimbəyov?
- Rüstəm İbrahimbəyov dünyada məşhur ssenarist kimi tanınır. Ancaq onu adını çəkdiklərim qədər böyük yazıçı hesab etmirəm. Bizdə böyük yazıçıların yetişməməsinin səbəbləri var. İnsan anadan olanda geni kodlaşır. Biz isə öz kodumuz üzərində işləməyə tənbəllik edirik. Mən çox istəyirəm ki, Azərbaycanda Nobel alan yazıçı olsun. Çingiz Aytmatov Bakıya gələndə mənim “Xəcalət” pyesimin tamaşasına baxdı. Sonra televiziyaya müsahibəsində “Hüseynbala ilə ruhən o qədər yaxınıq ki, bu tamaşaya baxanda elə bildim özüm yazmışam”-dedi. Kim inanmırsa gedib arxivə baxsın.
- Övladlarınız nə iş görür?
- Dörd övladım, üç nəvəm var. Övladlarımın ikisi hüquqşünas, biri diplomatdır. Diplomat olan oğlum Moskvada səfirlikdə işləyir. Qızım isə həkimdir. Uşaqlarım pis vərdişlərə qurşanmayıblar. Nəşə çəkmir, içki içmir, ziyanlı vərdişlərlə məşğul olmurlar. Onların sağlam həyat tərzi sürməsi ata kimi mənə rahatlıq verir.
- Bir dəfə Hadı Rəcəbli demişdi ki, Hüseynbala Mirələmovla 53 ildir bir partada otururuq. O, parta yoldaşı kimi özünü necə aparır?
- Hadı Rəcəbli mənim çox əziz dostumdur. Onunla ömrün çox hissəsini birlikdə keçirmişik. Hadı şahiddir ki, mən orta məktəbdə oxuyanda hekayələrimin qəzetdə çıxıb-cıxmadığını öyrənmək üçün küçənin başında oturub poçtalyonu gözləyərdim...

3090