Bəstəkarlar İttifaqı “Eurovision”u boykot edir
Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) “Eurovision 2009” mahnı müsabiqəsinin yerli seçimlərində münsiflər heyətində təmsil olunmaq üçün müraciət almayıb.
Lent.az-ın məlumatına görə, bu barədə ABİ-nin yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd olunub ki, son vaxtlar mətbuatda ABİ-nin Azərbaycanın belə bir məşhur müsabiqədə yerli yox, əcnəbi bəstəkarın əsəri ilə təmsil olunması ilə bağlı məsələyə münasibət bildirmədiyi barədə ittihamlar irəli sürülür “Bununla bağlı bildirmək istəyirik ki, əvvəla nə “Eurovision 2009” müsabiqəsində iştirak edəcək sənətçinin, nə də onun oxuyacağı mahnının seçilməsi üçün ölkə daxilində təşkil edilən müsabiqələrin münsiflər heyətində təmsil olunmaq üçün bizə müraciət olmayıb”.
Qurum rəsmi şəkildə dəvət olunmadığı “Eurovision 2009” mahnı müsabiqəsinə nümayəndə göndərməyəcəyini elan edib: “Bəstəkarlar İttifaqı rəsmi şəkildə dəvət olunmadığı tədbirlərə nümayəndə göndərmir. Bundan başqa, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, katibləri, həmçinin üzvləri mətbuatda bu mövzuya kifayət qədər toxunub, öz rəylərini bildiriblər. Bu səbəbdən “Eurovision”da baş verənlər barədə bizdə ətraflı məlumat yoxdur. Bütün bunları nəzərə alaraq, mətbuat vasitələrinin nəzərinə çatdırmaq istəyirik ki, nə qədər Bəstəkarlar İttifaqı musiqi ilə bağlı keçirilən tədbirlərdə, o cümlədən “Eurovision” müsabiqəsində təmsil olunmaq üçün rəsmi dəvət almayacaq, həmin tədbirlərin məsuliyyətini daşıya bilməz və cavabdeh deyil”.
Lalə Yusıfqızı

Oxşar yazılar

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm
20 aprel 2025 , 19:23
Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR
20 aprel 2025 , 11:07
Dahilərdən yumor haqqında 10 aforizm
18 aprel 2025 , 18:24
Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 , 16:30