“Vətənim mənim”
Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal olunan “Qarabağ qəhrəmanları” silsiləsindən dördüncü sənədli film də artıq təhvil verilib. “Salnamə” kinostudiyasından Lent.az-a verilən məlumata görə, film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub.
10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub.
Qeyd edək ki, Koroğlu Rəhimov 1953-cü il oktyabrın 31-də doğulub. 1992-ci ildə Xocalı faciəsindən sonra Vətənin müdafiəsinə qalxıb. Goranboy və Ağdərədə gedən qanlı döyüşlərdə iştirak edib. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü ildə verdiyi fərmanla Koroğlu Rəhimov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı küçələrindən birinə onun adı verilib.
Xəyalə Muradlı

Oxşar yazılar
Bakıda bu rəssamın əsəri 10 min dollara satışa çıxarıldı
27 fevral 2025 , 16:28
İntihara cəhd edən gənc şair süni tənəffüs aparatına qoşuldu
27 fevral 2025 , 14:15
SON DƏQİQƏ - Hollivudun əfsanəvi aktyoru arvadı ilə birlikdə öldü
27 fevral 2025 , 12:59
Kədərli anlarda yazılacaq 10 TƏSƏLLİ MESAJI
27 fevral 2025 , 09:47
Xalq artisti Ənvər Həsənovun vəziyyəti ağırlaşıb
26 fevral 2025 , 16:24
Sevgi və şəfqət mövzusunda deyilmiş 20 aforizm
25 fevral 2025 , 15:44
Bu musiqiçinin mahnıları ən çox sözlüdür: saniyədə 4.28 söz oxunur
25 fevral 2025 , 10:14