“Romeo və Cülyetta” 40 illik fasilədən sonra Azərbaycan səhnəsində
Teatrın baş rejissoru Cənnət Səlimovanın Lent.az-a verdiyi məlumata görə, bu mövsümdə teatr, əsasən dünya klassiklərinin əsərlərini səhnələşdirəcək. Artıq sentyabrın 1-dən Şekspirin “Romeo və Cülyetta” əsərinin məşqlərinə başlanacaq: “Təxminən 40 ildir, bu əsər teatrımızda səhnələşdirilməmişdi. Sonuncu dəfə Zəfər Nemətovun quruluşunda, Həsən Əbluc, Solmaz Qurbanova, Hüseynağa Sadıqovun iştirakı ilə tamaşaya qoyulmuşdu. Bir də Gəncə Teatrında Mehdi Məmmədov əsərə müraciət etdi. Barat Şəkinskayanın Cülyettası isə tarixdə qaldı. Bu qədər fasilədən sonra isə “Romeo və Cülyetta” yenidən Azərbaycan teatr səhnəsinə qayıdır”.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşanın baş rollarına teatrın öz aktyorları ilə yanaşı Mədəniyyət və İncəsənət Universitetinin iki tələbəsi dəvət olunub.
Bundan başqa teatrda Çarlz Dikkensinin “Oliver Tvistin macəraları” əsəri də Vaqif Əsədovun quruluşunda tamaşaya qoyulacaq. Hər iki tamaşanın premyerası ilin sonuna kimi keçiriləcək.
Xəyalə

Oxşar yazılar

Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15
Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilən VİDEOSU: pərəstişkarlarını şoka saldı
2 iyun 2025 , 19:59
Ən çox QAZANAN kino aktrisaları - SİYAHI
2 iyun 2025 , 17:01