Aybəniz Haşımova aparıcılıq edəcək
Əməkdar artist Aybəniz Haşımova bu ayın ikinci ongünlüyündən etibarən tamaşaçılar qarşısına yeni bir layihə ilə çıxacaq. Müğənni yanvarın 18-dən etibarən «Xəzər» televiziyasında aparıcılıq edəcək.
Bu barədə Lent.az-a məlumat verən Aybəniz Haşımova bildirib ki, qadınlarla bağlı bütün məsələləri əhatə edəcək veriliş həftənin 5 günü səhər saat 11.00-dan 13.00-dək canlı yayımlanacaq: «Mən aparıcı kimi birinci dəfə efirə çıxacağam. Bu, mənim ilk layihəmdir. Qeyd edim ki, təklif televiziya rəhbərliyindən gəlib. Onlar bu verilişə məni bir tanınmış sima olaraq dəvət etdilər, mən də təklifi bəyəndiyim və verilişin formatı mənə uyğun olduğu üçün məmnuniyyətlə qəbul etdim. Layihə qadınları maraqlandıracaq bütün məsələni, problemi əhatə edəcək. Çalışacağam verilişdə özümü aparıcı kimi yox, hər evin yaxın adamı kimi aparım. İnanıram ki, bununla tamaşaçılarıma daha böyük töhfələr verə biləcəyəm”.
Müğənni qeyd edib ki, məhz bu veriliş üçün xaricdən xüsusi bahalı və zövq oxşayacaq dekorasiyalar gətirilib. Aybəniz Haşımova verilişin ilk qonağının adını açıqlamasa da, onun tanınmış və tamaşaçılar tərəfindən çox sevilən bir müğənni olduğunu bildirib.
Proqramın adına gəlincə, bu, hələ dəqiqləşməyib.
Xəyalə Muradlı

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21