Rasim Balayev səhhətindən danışdı
06 dekabr 2012 13:16 (UTC +04:00)

Rasim Balayev səhhətindən danışdı

Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bir müddət öncə gözündə problem yaransa da, artıq hər şey qaydasındadır: “Gözümdə ağrılar başlamışdı. Mirvari suyu gəlirdi. Bu, çox adamlarda rast gəlinən haldır. Həkimlər iki dərman yazdılar. Onu gözümə tökürdüm. İndi keçib gedib. Həkimlər bildirdilər ki, zərurət yaranarsa, katarakta cərrahiyyəsi həyata keçirəcəklər. Amma hazırda əməliyyat olunmağım mütləq deyil”.

Qeyd edək ki, bu gün xalq artistinin bir gözünün tutulması və gələn həftə əməliyyat olunması ilə bağlı xəbərlər yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1795

Oxşar yazılar