Opera və Balet Teatrında yeni premyera
05 dekabr 2012 15:54 (UTC +04:00)

Opera və Balet Teatrında yeni premyera

Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, əməkdar incəsənət xadimi, incəsənət üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşovanın “Sayalı” baletinin premyerası olacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşanın quruluşçu baletmeysteri albaniyalı xoreoqraf Pulumb Aqilliu, dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada gənc və istedadlı balet artistləri ilə yanaşı, həm də truppanın aparıcı solistləri, xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Gülağası Mirzəyev, Samir Səmədov da iştirak edəcəklər.

Qeyd edək ki, bəstəkar Elnarə Dadaşova dahi bəstəkar Qara Qarayevin tələbəsi olub, çoxsaylı simfonik, xor və instrumental əsərlərin müəllifidir. Onun əsərləri bir sıra xarici ölkələrdə ifa olunmuş və maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1347

Oxşar yazılar