Yaşar Nuri dəfn edildi – YENİLƏNİB – FOTOLENT
Azərbaycanın xalq artisti, tanınmış aktyor Yaşar Nuri dəfn edilib. Lent.az-ın məlumatına görə, mərhum sənətkar II Fəxri Xiyabanda torpağa tapşırılıb.
22 Noyabr 2012 15:09
Bu gün Azərbaycan Dövlət Dram Teatrında xalq artisti Yaşar Nuri ilə vida mərasimi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, vida mərasiminə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin nümayəndələri, tanınmış mədəniyyət incəsənət xadimləri, aktyorlar qatılıblar.
Azərbaycan Dövlət Dram Teatrında keçirilən anım mərasimi zamanı Yaşar Nurinin oynadığı ən məşhur rolların dilindən parçalar səsləndirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaşar Nurinin oyandığı misilsiz obrazlardan, teatr sənətindəki uğurlardan söz açıb. Yaşar Nurinin Azərbaycan mədəniyyətinin əvəzolunmaz sənətkarı olduğunu söyləyən Əbülfəs Qaprayev bildirib ki o, əsl sənət fədaisidir. Əbülfəs Qarayev prezident İlham Əliyevin adından mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Daha sonra çıxış edən xalq artistinin yaxın dostu Firəngiz Mütəllimova göz yaşlarını saxlaya bilməyib. O deyib ki, 34 ildir ki, Yaşar Nuri ilə çiyin-çiyinə çalışır: “Yaşar deyəndə Firəngiz, Firəngiz deyəndə Yaşar yada düşür. Mən saat 7-dən şokdayam. Yaşar mənim nəfəsim, canım, görən gözüm, arxam, dayağım, hər şeyim idi. Ən son srağagün onunla danışmışdım. Mən bu gün Yaşar haqqında son söz deyə bilmirəm. Yaşarın böyüklüyü qarşısında baş əyirəm”.
Yaşar Nurinin nəşi ayaq üstə alqışlarla İkinci Fəxri Xiyabana yola salınıb.
22 Noyabr 2012 14:39
Uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edən xalq artisti Yaşar Nuri ilə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, vida mərasiminə gələnlərin ardı-arası kəsilmir. Mərasimə qatılanlar arasında mərhumun yaxınları, sənət dostları, hökumət nümayəndələri, millət vəkilləri, pərəstişkarları var. Vida tədbirində Yaşar Nurinin 60 illik yubileyində etdiyi çıxışın audio yazısı səsləndirilib. Çıxış alqışlarla qarşılanıb.
Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva APA-ya açıqlamasında xalq artistinin bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinin hospitalında dünyasını dəyişdiyini deyib: “Səhər saat 5-də xəstəxanadan mənə zəng edib, xəbəri verdilər. İnanmadım... Son günə kimi ağrılardan şikayət etmədi, hər an səhnə üçün darıxdığını, səhnəyə çıxmaq istədiyini deyirdi. Hansısa bir insanın həyatını oynamaq, monoloq demək istəyirdi...”
Jalə Məmmədli

Oxşar yazılar
Azərbaycan əsilli rejissorun filmi Kann kino festivalının qalibi oldu
25 may 2025 , 01:19
Dahilərdən evlilik haqqında 10 sitat
24 may 2025 , 20:00
Vampirlər, casuslar, romantizm - Çox maraqlı 10 film -VİDEO
24 may 2025 , 10:56
Sizi yaşamağa həvəsləndirəcək 5 film -VİDEO
23 may 2025 , 17:47
Adrenalin dolu 5 film
23 may 2025 , 14:17
“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” - Çingiz Abdullayevlə MÜSAHİBƏ
22 may 2025 , 14:04
Youtube erməni qarmonçunun videolarını SİLDİ
22 may 2025 , 11:02