Müslüm Maqomayev Kiyevdə anıldı
Noyabrın 1-də Ukraynanın paytaxtı Kiyev şəhərində dahi azərbaycanlı müğənni Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş gecə keçirilib. Lent.az-ın məlumatına görə, ukrayna dilinə tərcümə olunmuş “Mənim məhəbbətim - melodiya” (Любовь моя - мелодия) elektron kitabının təqdimatının da keçirildiyi gecə Ukrayna Azərbaycanlılar Konqresi tərəfindən təşkil olunub.
Kiyevdəki Rusiya mədəniyyət mərkəzində baş tutan tədbirdə Ukraynadakı azərbaycanlı iş adamları ilə yanaşı, Azərbaycanın bu ölkədəki səfirliyinin, o cümlədən Rusiyanın Ukraynadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Ukrayna Azərbaycanlılar Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, bütün postsovet məkanında Müslüm Maqomayevin sənətinin vurğunları yaşayır. O, qeyd edib ki, sənətkarla bağlı təqdim olunan və Ukrayna dilinə tərcümə olunan elektron kitabın xeyli sayda oxucusu olacaq. R.Tağıyev deyib ki, Müslüm Maqomayev ömrünün çox hissəsini Moskva şəhərində yaşayıb və bu səbəbdən Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) onun anım gecəsinin Kiyevdə Rusiyanın mədəniyyət mərkəzində keçirilməsi rəmzi məna daşıyır.
Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Sabir Rzayev çıxış edərək bildirib ki, bütün Azərbaycan xalqı üçün Müslüm Maqomayevin sənəti fəxr mənbəyidir: “Maqomayevin “Ey, əziz anam - Azərbaycan” mahnısı hər bir azərbaycanlının qanını coşdurur. Müslüm Maqomayev elə nadir şəxslərdəndir ki, öz xalqını bir çox diplomatlardan daha yaxşı təmsil edir”.
Rusiyanın Ukraynadakı səfirliyinin mədəniyyət və təhsil üzrə katibi Olqa Skolçuk isə bildirib ki, Müslüm Maqomayev ilə bağlı belə bir anım gecəsinin keçirilməsini Rusiya tərəfi məmnunluqla qarşılayır: “Maqomayev Rusiya, Azərbaycan və Ukraynada eyni məhəbbətlə sevilən, dünyada tanınmış sənətkardır. Onunla bağlı təqdim olunan elektron kitab isə Ukraynada hazırkı və gələcək nəsil üçün maraqlı vəsait olacaq”.
Tədbirdə çıxış edən digər natiqlər Müslüm Maqomayevin özünəməxsus ifa tərzini qeyd ediblər, onun öz pərəstişkarlarını səmimiliyi və təbiiliyi ilə cəlb etdiyini qeyd ediblər.
Anım gecəsində Kiyev Opera Teatrının solistlərinin ifasında Müslüm Maqomayevin repertuarından əsərlər təqdim olunub.
Mübariz Aslanov,
Kiyev

1319