Yazıçı Anar jurnalist təşkilatına xeyir-dua verdi - FOTO
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbərləri – sədr Azər Həsrət, sədr müavini Nadir Azəri və İdarə Heyətinin üzvü Qalib İbrahimoğlu Azərbaycan Yazıçılar Birliyini (AYB) ziyarət edərək qurumun sədri yazıçı Anarla görüşüblər.
CASCFEN sədri Azər Həsrət AYB sədrini rəhbərlik etdiyi qurum haqqında bilgiləndirib və xüsusən də söz, ifadə azadlığı mədəniyyətinin təbliğində mühüm işlərin görülməsinin vacibliyini qeyd edib. “Bizim təşkilat on ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərir. Daha çox Orta Asiya ölkələri ilə əlaqələrə üstünlük veririk. Əsas məqsədimiz isə jurnalistlərlə bərabər yazıçıları, şairləri, rəssamları və başqa sənət adamlarını bir araya gətirərək bölgədə ifadə azadlığı mədəniyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu işdə sizin kimi təcrübəli şəxslərin xeyir-duasını almaq bizim üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə Azər Həsrət qeyd edib.
AYB sədri Anar da öz növbəsində qeyd edib ki, belə bir təşkilatın fəaliyyətinə böyük məmnuniyyətlə xeyir-dua verir və onun fəaliyyəti ilə daha yaxından maraqlanacaq: “Biz belə təşkilatların fəaliyyətinə hər zaman önəm veririk və bizim xeyir-duamız sizinlədir”.
CASCFEN sədrinin müavini Nadir Azəri isə öz növbəsində qeyd edib ki, xüsusən gənc nəsil yazarlar arasında tənqidlə təhqiri ayırd etməkdə çətinlik çəkənlərin sayı artıb. “Buna görə də biz bir təşkilat olaraq tənqid mədəniyyətinin yüksəldilməsində sizin kimi böyüklərimizin təcrübəsindən yararlanmaq istərdik”, - deyə Nadir Azəri bildirib.
CASCFEN İH üzvü Qalib İbrahimoğlu isə öz növbəsində AYB sədrinə diqqət və zamanına görə təşəkkür edib.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06