Lamin Yamal “Barselona” tarixinin  ən yaxşı oyunçularından ibarət   komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 13:45 (UTC +04:00)

Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?

"Barselona"nın mətbuat xidmətinin xahiçi ilə Lamin Yamal Kataloniya klubu tarixinin ən yaxşı futbolçularından ibarət simvolik komanda tərtib edib.

Qapıçı: "Viktor Valdesi seçəcəyəm, mənim üçün o, klubumuzun tarixində oyununa şahid olduğum ən əfsanəvi qapıçıdır", - Lent.az xarici KİV-ə istinadla bildirir ki, Yamal vurğulayıb.

Müdafiəçilər: "Pike, Puyol və Maskeranonun adını çəkəcəyəm, ondan xoşum gəlir".

Yarımmüdafiəçilər: "Əlbəttə, Xavi, İniesta və Buskets. Mən bura Ronaldinyonu da əlavə edərdim, 10 nömrə kimi – artıq kimi hücumçu kimi seçəcəyimi bilirəm, orada ona yer olmayacaq, onu 10 nömrə kimi qoyacağıq".

Hücumçular: "Əlbəttə, Messi. Neymar demək istəyirəm, çünki o, mənim sevimli oyunçum idi. Hücumun ucunda Luis Suarez olacaq, o, zirvədə idi."
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar