İstiqlal şairinin yubileyi təntənəli şəkildə qeyd olunacaq
29 oktyabr 2012 12:04 (UTC +04:00)

İstiqlal şairinin yubileyi təntənəli şəkildə qeyd olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın böyük istiqlal şairi və ictimai xadimi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin “Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında” 4 iyun 2012-ci il tarixli sərəncamının icrasına uyğun olaraq keçiriləcək tədbirdə bir çox yüksək rütbəli dövlət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri iştirak edəcək.

30 oktyabrda saat 18:00-da başlayacaq yubiley tədbirində şairin şeirləri səsləndiriləcək və sözlərinə yazılmış mahnılar ifa olunacaq.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar