“Ədəbi Nobel antologiyası”nın təqdimatı olub
24 oktyabr 2012 15:22 (UTC +04:00)

“Ədəbi Nobel antologiyası”nın təqdimatı olub

Lent.az-ın məlumatına görə, birliyin sədri, millət vəkili, nəşrin “ön söz” müəllifi Qənirə Paşayeva açılış nitqi ilə çıxış edib. O, Azərbaycan rəhbərliyinin Nobel irsinə daim yüksək dəyər verdiyini qeyd edərək, ictimai təsisatların, ziyalıların gördüyü işlərin də bu dəyərdən ilham alınaraq həyata keçirildiyini deyib. İki il öncə “Villa Petrolea”da “Nobel mükafatlı qadınlar” kitaın təqdimat mərasimi keçirildiyini xatırladan xanım Paşayeva, bugün Nobel adlı, Nobel ünvanlı daha bir önəmli nəşrin təqdimatının keçirilməsini məmnunluq doğuran hal kimi izah edib.

Təqdimatda çıxış edən “Nobel irsi” Fondunun prezidenti, akademik Toğrul Bağırov, Nobel irsi ilə bağlı konfransda iştirak üçün Avropadan 50 qonağın iki gündür Bakıda olduğunu və bu təqdimatın da bu günlərə təsadüf etməsinin, Nobel ailəsinin iştirakı ilə keçirilməsinin diqqətəlayiq hadisə olduğunu deyib. Təqdimatda iştirak edən Qustav Nobel, Piter Nobel və Fillip Nobel Nobel ailəsi adından millət vəkili Q. Paşayevaya, kitabın hazırlan¬masında və təqdimatında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Onlar Azərbaycanda gördüklərini qonaqpərvərlik və doğmalıqdan, Nobel irsinə həssas müna¬sibətdən çox məmnun olduqlarını deyiblər.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, təqdimat gününü gözəl gün adlandıraraq, Nobellərin və onların nəvə-nəticələrinin də Bakıya bağlı olduğunu qeyd edib. Sonra kitabın tərtibçisi, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, AYB katibi Rəşad Məcid, millət vəkili Asim Mollazadə, tarixçi alim, millət vəkili Musa Qasımlı, Xalq Şairi Nəriman Hə¬sənzadə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələk¬bərov, Qazaxıstan səfiri Serik Pirimetov, professor-doktor Qəzənfər Paşayev, yazıçı-dramaturq Firuz Mustafa çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2765

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29