Prezident Kəlbəcərdə  sakinlərlə görüşdü: Açarlar  təqdim edildi
21 avqust 2025 12:11 (UTC +04:00)

Prezident Kəlbəcərdə sakinlərlə görüşdü: Açarlar təqdim edildi

Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

Lent.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

Dövlətimizin başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

 

***

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Lent.az xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.

 

***

10:03

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.

Lent.az xəbər verir ki, dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.

***

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

***

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar