Hüseyn Cavidin 130 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq
22 oktyabr 2012 17:37 (UTC +04:00)

Hüseyn Cavidin 130 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük şair və ictimai xadim Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, prezidenti İlham Əliyevin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq, keçiriləcək yubiley tədbirində dövlət nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.

Tədbir oktyabrın 24-də keçiriləcək.


Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1109

Oxşar yazılar