Tağı Əhmədov Hüseyn Caviddən danışdı
Bu gün AMEA Rəyasət Heyətində Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş cavidşünas alimlər, dövlət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, Türkiyə və Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq dramaturqun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqqında ətraflı məlumat verib.
Daha sonra tədbirdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, ABŞ-ın Massaçusets Amherst Universitetinin professoru Audrey L.Altstadt , “Muğam” Mədəniyyət Mərkəzinin (Almaniya) direktoru Abdulkadir İnaltekin, Türkiyənin Balıkesir Universitetinin doktoru Sebahattin Şimşir və eyni zamanda Özbəkistanın Təsviri İncəsənət Qalereyasının direktor müavini, sənətşünaslıq elmləri doktoru Kamola Akilova çıxış edərək görkəmli yazıçı haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, 3 gün davam edəcək konfransda ümumilikdə 63 alimin məruzəsi dinləniləcək. Məruzələr kitabça şəklində nəşr olunacaq.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06