Bakının mərkəzində bədheybətlər, mifik məxluqlar... – FOTO
Heydər Əliyev Sarayında qeyri-adi şou nümayiş olunacaq.
Heydər Əliyev Sarayında “Ələddin - Yeni sərgüzəştlər” adlı şou nümayiş olunacaq. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Moskva teatrının iştirakı ilə Bakıda ilk dəfə təşkil olunan unikal 3D şousunda maraqlı anlar yaşanacaq.
Belə ki, qonaqlar “sehrli” eynəklərin köməyi ilə musiqili, super-effektli, rəngarəng kostyumlu, fantastik çevrilmələrlə dolu qeyri-adi əhvalatın içinə düşəcək və tamaşanın
bilavasitə iştirakçısına çevriləcəklər. Ələddinlə birgə od və su aləminə, səma və yeraltı
şəhərlərə düşüb, ona divlə döyüş zamanı yardım edəcəklər.
Qeyri-adi effekt və 3D görüntü tamaşaçılara özlərini zalın istənilən yerindən sehrli şərq nağılının “içində” hiss etməyə imkan yaradacaq.
Gözəllər və bədheybətlər, mifik məxluqlar, sadiq Cin “Ələddin - Yeni sərgüzəştlər” adlı
tamaşada nümayiş olunacaq.
3D eynəklərin hədiyyə olunduğu şouya biletlərin qiyməti 5 manatdır.
16 noyabrda təşkil olunacaq tamaşaya biletlər şəhərin bütün kassalarında satılır.
Jalə

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37