Qoçaq Əsgərov İtaliyada festivalda ölkəmizi təmsil edəcək
Bir neçə gündür İtaliyada “Musica Dei Popoli” adlı beynəlxalq musiqi festivalı keçirilir. Dünyanın istedadlılarını bir araya cəm edən festival təşkilatçıları Azərbaycandan xanəndə Qoçaq Əsgərovu seçib. Lent.az-ın məlumatına görə, bu gün yola düşən musiqiçi heyəti axşam saatlarında proqramını minlərlə tamaşaçının cəm olduğu konsert məkanında təqdim edəcək.
Qeyd edək ki, 1979-cu ildən keçirilən festivalda ötən il ölkəmizi Alim Qasımov təmsil edib. Təşkilatçılar seçim edərkən bu dəfə Qoçaq Əsgərovun ifasını eşidib və onu festival çərçivəsində dinlənilməsini nəzərə alıb. Burada etno, müasir, klassik, hər bir ölkənin milli musiqiləri təmsil olunur. Bu ilki festivalda 30 ölkədən 300-ə yaxın sənət adamı iştirak edəcək.
Qoçaq Əsgərov və musiqiçilərinin payına düşən konsert gecəsində “Bayatı-kürd” muğamı dəsgah şəklində, “Bayatı-şiraz” təsnifləri, xalq mahnıları, “Qaçaq Nəbi” filmindən mahnı səsləndiriləcək.
Xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Məlumat üçün bildirək ki, Azərbaycanın bu festivalda iştirakına YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova yaxından dəstək göstərir.
Onu da bildirək ki, bu, Qoçağın İtaliyaya olan birinci yaradıcılıq səfəri deyil. Bundan əvvəl İtaliyanın məşhur musiqi şirkətlərindən biri onun diskini yüksək tirajla buraxıb və bunun ardınca konsertlərini təşkil edib.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06