Texasda ölənlərin sayı  119 oldu
10 iyul 2025 03:48 (UTC +04:00)

Texasda ölənlərin sayı 119 oldu

ABŞ-ın Texas ştatında daşqın qurbanlarının ümumi sayı 119-a çatıb, daha 173 nəfər itkin düşüb.

Lent.az xəbər verir ki, bu haqda “New York Times” hökumətindəki mənbələrə istinadən məlumat verib.

“Təxminən bir həftə əvvəl Texasda baş verən dağıdıcı daşqın ştatda ən azı 119 nəfərin həyatına son qoydu. Texas qubernatoru Qreq Abbott ştatda 173 nəfərin hələ də itkin düşdüyünü bildirib”, - məlumatda deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, ölənlərin çox hissəsi Kerr bölgəsində olub. Burada ölənlərin sayı 95 nəfər, itkin düşənlərin sayı isə 161 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1154

Oxşar yazılar