Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi  oldu
09 iyul 2025 17:10 (UTC +04:00)

Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu

Məşhur italyan mütəxəssis Karlo Ançelottinin oğlu Davide atasının kölgəsindən çıxıb, müstəqil fəaliyyətə başlayıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, Braziliyanın "Botafoqo" klubunun baş məşqçisi olub. 

Braziliya Superliqa-2024-ün çempionu 35 yaşlı italiyalı çalışdırıcı Davide Ançelottini 2026-cı ilin sonuna kimi baş məşqçi təyin edib.

“Botafoqo” Davidenin atası və məşqçisi Karlo Ançelottisiz çalışacağı ilk komandadır. O, əvvəllər “Real”, Fransanın PSJ, Almaniyanın “Bavariya”, “Everton” (İngiltərə) və “Napoli” (İtaliya) klublarında atasının köməkçisi olub.

Davide Ançelotti "Botafoqo"da Klublararası Dünya Çempionatınn 1/8 finalında "Palmeyras"a məğlubiyyətdən sonra postunu tərk edən portuqaliyalı Renato Payvanı əvəzləyib.

Bununla belə, oğul atasından uzaq deyil. Ata Karlo bu yaxınlarda bu ölkənin milli komandasına baş məşqçi təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar