Üzeyir Hacıbəylinin əsərlərindən ibarət albom buraxılıb - FOTO
18 sentyabr 2012 15:32 (UTC +04:00)

Üzeyir Hacıbəylinin əsərlərindən ibarət albom buraxılıb - FOTO

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 127 illiyi ilə əlaqədar tanınmış vokalçı, Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Üzeyir Hacıbəylinin vokal əsərlərindən ibarət musiqi albomu işıq üzü görüb. Lent.az-ın məlumatına görə, CD topluda Üzeyir bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu” operasından ariya və duetlər, bəstəkarın romansları, həmçinin, hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlər öz əksini tapıb.

Üzeyir Hacıbəyliyə həsr etdiyi yeni diskini şərh edərkən Ramil Qasımov bunları deyib: “Üzeyir bəyin əsərlərindən ibarət böyük bir toplu çıxarmaq mənim çoxdankı arzum idi. Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir bəyin əsərlərinin ilk gənc iştirakçısı və ifaçısı kimi deyə bilərəm ki, böyük qürur hissi keçirirəm. 15 yaşımda mənə tarixdə “O olmasın, bu olsun” da Sərvər, “Arşın mal alan”da Əsgər, həmçinin 26 yaşında “Koroğlu”da Koroğlu obrazını ifa etmək nəsib olub”.

R.Qasımov deyib ki, Üzeyir bəyin əsərlərinin CD albomunu çıxarmaqda məqsəd Azərbaycanın hüdudlarından kənarda olarkən professional musiqimizi təbliğ və təqdim etməkdir.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29