Yaşıl çayın  7 faydası
16 yanvar 2022 16:31 (UTC +04:00)

Yaşıl çayın 7 faydası

Yaşıl çay ən sağlam içkilərdən biri hesab olunur.  Bundan əlavə, arıqlamağınıza kömək etdiyinə inanılır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 30 ildən artıq təcrübəsi olan çay mütəxəssisi Ketan Desai çay içməyin faydalarından danışıb.

“Yaşıl çay oksidləşməmiş yarpaqlardan hazırlanır və ən az işlənmiş çay növlərindən biridir. Bu səbəbdən tərkibində ən çox antioksidant və faydalı polifenol var”, - Desai deyib.

Mütəxəssis yaşıl çayın sağlamlıq üçün əsas faydalarını sadalayıb:

• Katexin və kofeinin olması səbəbindən yağ yandırma xüsusiyyətləri.

• Bəzi xərçəng növlərinə qarşı qorunma.

• Pis xolesterinin azaldılması və ürək-damar xəstəlikləri ilə mübarizə.

• 2-ci tip diabetli insanlarda qan şəkərinin səviyyəsinin azalması.

• Ağız boşluğunun dezinfeksiyası.

• Əhval-ruhiyyə və məhsuldarlıq daxil olmaqla, beyin funksiyasına kömək edir.

• Sümük itkisinə qarşı qorunma.

Tədqiqatlar təsdiqləyir ki, yaşıl çay çəkinin azalmasına, qaraciyər xəstəlikləri, 2-ci tip diabet, Alzheimer və daha çox şeyə müsbət təsir göstərə bilər.

Bununla belə, qeyd etmək lazımdır ki, pəhriz və fiziki fəaliyyətdə digər dəyişikliklər olmadan çay içmək nə arıqlamağa, nə də sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcək.

# 2853
avatar

Oxşar yazılar