Xanımlar, burnunuzu “kor” etməyin - XOŞBƏXTLİYİN SİRRİ
15 iyul 2022 19:56 (UTC +04:00)

Xanımlar, burnunuzu “kor” etməyin - XOŞBƏXTLİYİN SİRRİ

Bilirsinizmi ki, burunun xoşbəxtliyə çox dəxli var?

Məlumdur ki, hər kəsin bədəninin özünəməxsus ətri var. Bu ətrin tərkibi feromondan ibarətdir. Feromonlar saç və dəridən də  ifraz olur. Burnumuz, daha dəqiqi beynimiz feromonun qoxusunu “göydə” tutur. Qarşı tərəfin feromonları sənə uyğundursa, adına sevgi dediyimiz o “kimyəvi” proses başlayır. 

İnsan stressli və ya əsəbi olan zaman feromonlar tamamən fərqli və itələyici qoxu verir. Ona görə də bir insanın sizə uyğun olub-olmamasını əsəblər sakitkən hiss edə bilərsiniz. Kişi və qadın öz yarısının ətrini tapmayıbsa, onun beyni daim gəzir, öz partnyorunu axtarır. Əgər tapa bilmirsə, ya da tapıb birləşə bilmirsə, rahatlıq tapmır, xəyanətə meyilli olur. xoşbəxt hiss edə bilmir. 

Bu mənada öz ətrimizi parfüm altında gizlətməklə beyni kor etmiş oluruq. Psixoloqların fikrincə, çox təmizkar  qadınların ərləri onlara daha çox xəyanət edir. Çünki beyin feromonların ətrini tuta bilmir. 

Maraqlıdır ki, gözəllik xatirinə edilən renoplastika da xoşbəxtliyə gizli zərbə vurur. Əməliyyat keçirmiş burunlarda iybilmə qabiliyyəti dəyişir və başqa sözlə, renoplastika etdirmiş qadın və kişilər öz “yarı”larını tapmaqda çətinlik çəkirlər. Çünki öz “kəşfiyyat orqanlarına”, feromon ovçularına zərbə vurmuş olurlar. 
 

# 885
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar