Şampan içmək niyə riskli idi? - Belə yaranıb
01 iyul 2022 12:19 (UTC +04:00)

Şampan içmək niyə riskli idi? - Belə yaranıb

“Risk etmədən şampan içmək olmaz”. Bu ifadə necə yaranıb?

Bir zamanlar Fransada yaşayan madam Kliko yun və şərab istehsalı ilə məşğul olan əri öldükdən sonra onun işlərinin başına keçdi. Amma madam Kliko əsasən, şərabçılığın inkişaf etdirilməsinə yönəldi.

 Madam Kliko şərabın keyfiyyətini xeyli yüksəltdi. Məhz onun zamanında “Şampan şərabı” adlı yeni şərab növü yarandı. Lakin Şampan şərabının hazırlanması bir neçə “qurban” hesabına meydana gəldi. Zirzəmilərdə saxlanılan şampan şüşələri partlayır və içəri girən adamlar şüşə qırıqlarından zədələnirdilər. Buna görə anbara düşmək asan deyildi. Bir neçə dəfə  istehsalat zədələnmələrindən sonra işçilər anbarlara xüsusi müdafiə kostyumlarında düşməyə başladılar. Madam Kliko şampan şərablarını daha qalın, tünd rəngli şüşələrə doldurmaq və şüşənin ağzına taxılan tıxacların daha etibarlı yerləşdirilməsi göstərişini verdi.

Elə o zamandan da “risk etməyən şərab içə bilməz” ifadəsi yarandı.
 

# 2763
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar