Joze Emmanuel
12 avqust 2021 19:54 (UTC +04:00)

Joze Emmanuel

Şagirdinə təcavüz edən müəllimə 198 illik həbs cəzası

Meksikanın Oaxaka ştatında öz şagirdinə təcavüz edən Joze Emmanuel adlı müəllimin məhkəməsi başa çatıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, hadisə 2016-cı ildə müəllimin öz otağında baş verib.

Övladlarını məktəbdən götürmək üçün gələn valideynləri onu sinif otağında tapa bilməyəndə müəllimin otağına üz tutublar. Otağa girəndə isə gördükləri qarşısında şoka düşüblər. Müəllim balaca qıza təcavüz edirdi...

Bu hadisədən sonra polis tərəfindən saxlanılan Emmanuelin otağında aparılan araşdırma zamanı 4-6 yaş arası qızların çılpaq fotoları tapılıb.

Şübhəli üzərində aparılan bütün araşdırmalardan sonra 2015 və 2016-cı illərdə 9 qız uşağına təcavüz etməkdə şübhəli bilinərək hakim qarşısına çıxarılıb. Jozenin illərdir davam edən məhkəməsinə yekun qərar verilib. Belə ki, müəllim məktəbliyə zorakılıq tətbiq etdiyi üçün 198 il azadlıqdan məhrum edilib.

Oaxaka ştatında gündəmə səbəb olan məhkəmə qərarına bəzi insanlar etirazlarını da bildiriblər. İnsanlar onun bu əməlinə görə edam edilməsini istəyiblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5964
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar