Qisasçı meymunlar   250 iti öldürdü, uşaqlara hücum etdilər
19 dekabr 2021 17:34 (UTC +04:00)

Qisasçı meymunlar 250 iti öldürdü, uşaqlara hücum etdilər

Hindistanın kəndlərindən birində qisasçı meymunlar itlərlə müharibəyə başlayıb, onların hamısını məhv edib, sonra da uşaqlara hücum ediblər.

Hindistanın Maharaştra ştatının Loveul kəndində heyvanlar arasında münaqişə noyabrın ortalarında yaranıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, yerli sakinlərin dediyi nə görə, itlər meymun balasını öldürdükdən sonra müharibə başlayıb. Ertəsi gün primatlar itlərə və balalarına hücum etməyə başlayıblar: onları tutub, damların üstünə sürüyüb və aşağı atıblar.

Cəmi bir ay ərzində meymunlar 250 ev heyvanını öldürüblər və nəticədə Lavulada heç bir it qalmayıb.

Kəndlilər qatil meymunları tutmaq və vəziyyəti nəzarətə götürmək tələbi ilə Meşə Təsərrüfatı İdarəsinə müraciət etsə də, kəndə göndərilən polis bir nəfər də olsun heyvanı tuta bilməyib.

Bundan sonra Lavula sakinləri itləri özləri müdafiə etməyə çalışsalar da, meymunlar insanlarla uğurla mübarizə aparıblar və ev heyvanlarını xilas etmək üçün evlərin damına çıxan bəzi kişilər aşağı itələnib.

Üstəlik, itlərə divan tutan meymunlar, insanların itlərə qarşı repressiyaları dayandırmaq cəhdlərinə cavab olaraq uşaqlara da hücum etməyə başlayıblar.

Mediada primatların səkkiz yaşlı məktəbliyə hücum etməsi ilə bağlı bir hadisə haqqında məlumat verilib, ancaq bir neçə kişinin səyi ilə hücum dəf edilib.

Hazırda Lavulada insanlara hücumlar davam edir.
 

Qisasçı meymunlar 250 iti öldürdü, uşaqlara hücum etdilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6987
avatar

Oxşar yazılar