Pornoya baxanlara   şəxsi həyatla bağlı XƏBƏRDARLIQ
26 mart 2023 19:20 (UTC +04:00)

Pornoya baxanlara şəxsi həyatla bağlı XƏBƏRDARLIQ

Briqama Yanqa Universitetinin amerikalı alimləri yeni araşdırma çərçivəsində birmənalı nəticəyə gəliblər ki, pornoqrafiya insanın şəxsi  həyatına mənfi təsir göstərir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ekspertlər əksəriyyəti ciddi münasibətdə olan 3,5 min insanla sorğu keçirib. Onların 72 faizi özünü heteroseksual, 17 faizi homoseksual, 11 faizi isə biseksual olduğunu bildirib. İştirakçıların 55 faizi ilk nikahda olub, 23 faizi birlikdə yaşayır, 12 faizi yenidən evlənib, 2 faizi isə sərbəst münasibətdə olub.

Respondentlərdən pornoqrafiyaya olan aludəçilikləri və partnyorlarının xoşbəxtliyi barədə soruşulub. Bundan sonra elm adamları pornonu iki kateqoriyaya ayırıblar: seksin razılaşdırılmış, sakit və heç bir jestsiz olduğu "əsas" və "daha şiddətli və qeyri-razı davranışı təsvir edən" hərəkətlərin olduğu "hardkor".

Məlum olub ki, porno kateqoriyalarında mənfi təsir baxımından heç bir fərq yoxdur.

“Biz pornoqrafiya, iştirakçıların münasibətləri və münasibətlərinin dinamikası haqqında çox ətraflı məlumat aldıq. Biz güman edirdik ki, aqressiv, qeyri-konsensual pornoqrafiya münasibətlərə ən çox təsir edəcək. Sorğu iştirakçılarının nə izləməsindən asılı olmayaraq, pornoqrafiyanın hər hansı istifadəsi həmişə münasibətlərdə daha az sabitlik və daha az məmnunluqla əlaqələndirilib. 

Ümumi konsensus ondan ibarətdir ki, əsas pornoqrafiyanın çox hissəsi heteroseksual kişilərə - bir növ əsas auditoriyaya yönəlib. Onlar özlərini başqa kişilərlə müqayisə etməklə, özləri, bədənləri, partnyorunun nə etməli olduğunu düşündükləri ilə bağlı qeyri-real gözləntilər yaratmaqdan daha çox təsirlənirlər”, - Mormon Universitetinin Ailə Həyatı Məktəbinin professoru, tədqiqat rəhbəri Brayan Uillobi bildirib.

Ekspert deyir ki, pornoqrafiya dindarlara ən çox dağıdıcı təsir göstərir, çünki belə məzmuna baxmaq onları mənəvi ziddiyyətlərlə üzləşdirir.

# 3039
avatar

Oxşar yazılar