Peyğəmbərdən ad istəyən  narin çiçəyin   inanılmaz FAYDALARI
08 aprel 2024 18:16 (UTC +04:00)

Peyğəmbərdən ad istəyən narin çiçəyin inanılmaz FAYDALARI


Baharda hər yerin yaşıllaşdığı dövrdə Lent.az şəfalı bitkilər barədə məlumat verir.

Hər ot bir və ya bir neçə dərdə dərmandır, amma bizim bundan xəbərimiz yoxdur. Bu gün hər addımda qarşımıza çıxan özü xırda, gücü böyük bir bitki barədə məlumat veririk.

Elmi adı Veronica persica olan bu çiçəyin haqqında maraqlı əfsanə var. Deyilənə görə, İsa peyğəmbər hər çiçəyə, hər ota bir ad verib, lakin onun adını unudub. O zaman çiçək dilə gəlib, məni unutma deyib. Peğəmbər də ona sənin adın “Unutma məni” çiçəyi olsun cavabı verib. Peyğəmbərlə belə təmas qurmuş bu incə gözəl çiçəyə sonralar əzizə Veronikanın adı verilib.

Bizdə ona yalançı bənövşə, bulaq otu da deyirlər. “Unutma çiçəyi” otu təbii ağrıkəsicidir. Onu yaşıl və quru halda istifadə etmək olar. Çayını dəmləyib içmək revmatizm, qulunc, əzələ, sümük, oynaq ağrıları zamanı fayda verir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4407
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar