“Oumuamua” kometinin sürətlənməsi səbəbi məlum oldu
28 mart 2023 00:02 (UTC +04:00)

“Oumuamua” kometinin sürətlənməsi səbəbi məlum oldu

Günəş sistemimizi ziyarət edən ilk ulduzlararası obyekt olan "Oumuamua" adlı qəribə komet 2017-ci ildə müşahidə olunduqdan sonra heyrətamiz şəkildə sürətlənib və analoqu olmayan bu fenomen astronomlar tərəfindən tədqiq edilib.

Lent.az Reuters agentliyinə istinadla xəbər verir ki, kometin gözlənilməz davranışı onun yadplanetli kosmik gəmi ola biləcəyi ilə bağlı fərziyyənin irəli sürülməsi ilə nəticələnib. Yeni bir araşdırma isə daha məntiqli bir versiya təklif edib; “Oumuamua”nın sürətlənməsi onun günəş işığında isinməsi zamanı hidrogen qazının sərbəst buraxılması ilə əlaqədar olub. Bu göy cismi bir çox kometlərə xas olan qaz və toz quyruğuna malik deyil. O, əvvəllər siqar şəklində təsvir edilirdi, lakin indi qayaya bənzəyən enli kökəyə bənzədiyi məlum olub. Bu kometin təxmin ediləndən daha kiçik, təxminən 115 metr uzunluğunda və 19 metr qalınlığında olan göy cismi olduğu müəyyən edilib.

Tədqiqatçıların dediyinə görə, "Oumuamua” da bir çox digər kometlər kimi planetin formalaşmasının ilkin mərhələlərində əmələ gələn kiçik bir cisim, buzlu kosmik qaya kimi meydana gəlib. O, Günəş sistemindən uzaqlaşdıqdan sonra ulduzlararası kosmosdan keçərək kimyasını dəyişib. Belə ki, komet buzunun bir hissəsini - donmuş suyu qalan hissəsində sıxılmış hidrogen qazına çevirib.

Kaliforniya Universitetinin astrokimyaçısı Cenni Berqnerin bu həftə “Nature” jurnalında dərc olunan tədqiqatında qeyd edilib: “Oumuamua” daxili Günəş sistemimizdən keçərkən qızdırıldı, bu da kometin buz quruluşunun dəyişməsinə və sıxılmış hidrogen qazının sərbəst buraxılmasına səbəb oldu. Bu prosesin nəticəsində günəşdən uzaqlaşan kometin sürəti xeyli artıb. Əsas tapıntı odur ki, "Oumuamua” Günəş sistemi kometlərinə uyğun şəkildə geniş miqyasda bənzər su ilə zəngin buzlu planeti kimi yarana bilər. Bu model heç bir ekzotik fizikaya və ya kimyaya müraciət etmədən, onun qəribə davranışını izah edir. Ən sadə izahat və ulduzlararası komet üçün gözlədiyimiz dəqiqlik heç bir incə tənzimləmə olmadan bütün məlumatlara uyğun gəlir".

 

# 1368
avatar

Oxşar yazılar