Çju Keminq, Çində marafon zamanı idmançıları xilas edən çoban
25 may 2021 23:15 (UTC +04:00)

Çju Keminq, Çində marafon zamanı idmançıları xilas edən çoban

Ölüm marafonunun 6 iştirakçısını xilas edən çoban QƏHRƏMAN OLDU - FOTO

Çoban Çju Keminq Çinin Qansu əyalətində 21 idmançının donaraq öldüyü 100 kilometrlik qaçış ultramarafonunda altı iştirakçını xilas etdiyi aşkar edildikdən sonra Çinin qəhrəmanı elan edilib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hava şəraiti kəskin şəkildə dəyişəndə  - dolu yağanda və qasırğa başlayanda qoyun otarıb. O, fövqəladə hallarda adətən paltar və qida saxladığı bir mağaraya sığınır. Hava kəskin soyutanda çoban yolda hərəkətsiz dayanan marafonçulardan birinə diqqət yetirib.

Çju onu mağaraya gətirib, əllərinə və ayaqlarına qızdırıcı massaj edib, ocaq yandırıb və paltarlarını qurudub. 

Bundan sonra qaçışçılardan dördünü də huşsuz vəziyyətdə tapıb. Çju  dolu ayğçmasına və temperaturun mənfi olmasına baxmayaraq idmançıların axtarışına başlayıb və yerdə hərəkətsiz qalan daha biri ilə rastlaşıb. Onu örtüyə bükərək çiynində mağaraya gətirib və həyatını xilas edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Oxşar yazılar