Xiyardan yaxşı məhsul əldə etmək üçün bir çox səhvlərə yol verilməməlidir.
Lent.az həmin bu səhvləri təqdim edir.
Qida maddələri
Meyvə və ya tərəvəzlər yetişən zamanı istənilən məhsul çox miqdarda qida maddələri sərf edir. Məhsulu yığdıqdan sonra isə məhsul unudulur. Ancaq yadda saxlamaq lazımdır ki, xiyarı ehtiyatları artıq tükənib. Onlar görə də onu mövsüm boyu bəsləmək vacibdir.
Nəmlik
Bəzi bağbanlar əmindirlər ki, xiyar meyvə vermək üçün çox miqdarda su tələb edir. Bu yanlış fikirdir. Tərəvəzləri su ilə çox sulasanız, xiyarlar loru dildə desək xəstələnməyə başlayacaq və məhsul verməyi dayandıracaq.
Digər səbəblər
Məhsul vermə prosesində belə, xiyarları ən çox yayılmış zərərvericilərdən və xəstəliklərdən qoruya biləcək profilaktik tədbirləri də unutmamalısınız. Buna əməl olunmadıqda uzunmüddətli məhsul gözləməyin. Odur ki, xiyarlara qulluq edərkən bu səhvlərə yol verməməyə çalışın.