Misir Fironunun xəncəri naməlum metaldan hazırlanıb.
Lent.az xəbər verir ki, Misir fironu Tutanxamonun xəncərinin tiyəsi Yerdə mövcud olmayan metaldan hazırlanıb.
İtaliya və Misir alimləri xəncərdəki metalın birbaşa kosmosdan gəldiyini, yəni meteorit mənşəli olduğunu sübut ediblər. Milan Politexnik Universiteti, Piza Universiteti və Qahirə Muzeyinin alimləri bildiriblər ki, e.ə 1335-1327-ci illərdə hakimiyyətdə olmuş fironun xəncəri 1922-ci ildə onun sarkofaqından tapılıb.
Metalın mənşəyi qeyri-invaziv kimyəvi analiz metodu ilə təsdiqlənib. Məlum olub ki, xəncərin tərkibində dəmir, kobalt, xrom və karbon var. Tiyənin materialında nikelin payı 11%-dir. Halbuki Yer mənşəli ərintilərdə nikelin miqdarı 4%-i aşmır.